Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 221 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 335 244 nəfər test edilib, onların 26 160-nin koronavirus testi pozitiv nəticə verib, 24 023 nəfər sağalıb.