İtaliyada koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar risk səviyyəsi aşağı düşür.

Unikal.org İtaliya Səhiyyə İnstitutunun (ISS) həftəlik hesabatına istinadla xəbər verir ki, 25 avqust - 7 sentyabrı əhatə edən dövrdə ölkədə virusun yayılma əmsalı (Rt indeksi) 0,92-dən 0,85-ə enib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saatda İtaliyada koronavirusa 4552 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, ölkədə virusa yoluxanların sayı ümumilikdə 4 milyon 627 min 699 nəfərə yüksəlib. Son sutkada 284 min 579 koronavirus testi aparılıb.

Nazirlik 6549 nəfərin virusdan sağaldığını, aktiv xəstə sayının isə 130 min 233 olduğunu bildirib.

Ötən gün 66 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib. Bununla da pandemiya qurbanlarının ümumi sayı 130 min 233-ə yüksəlib.

İndiyədək İtaliyada 81 milyon 850 min 468 nəfərə vaksin vurulub, hər iki dozanı qəbul edənlərin sayı 40 milyon 631 min 363 nəfər olub.