Bu gün Rusiyada vahid seçkilər günüdür.
Unikal.org xəbər verir ki, Rusiyada 17-19 sentyabr tarixlərində Rusiya parlamentinin aşağı palatasına - Dövlət Dumasına, ölkənin 9 Federasiya subyektinin başçısı postuna (daha üç bölgədə qanunverici məclislərin deputatları ən yüksək inzibati şəxsləri seçəcəklər), 39 regional parlamentə və bələdiyyələrə seçkilər keçirilir.
Seçki məntəqələri saat 08.00-dan saat 20.00-a qədər açıqdır.
Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Moskvada səfərdədirlər. Sentyabrın 16-dan başlayan səfər sentyabrın 20-dək davam edəcək.
Deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər.