"Fransa ilə ABŞ arasındakı münasibətlərdə böhran NATO- nun yeni strateji konsepsiyana çox təsir edəcək, ancaq Atlantik İttifaqından çıxmaqla nəticələnməyəcək".
Unikal.org xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İves le Drian deyib.
"NATO respublika prezidentinin xahişi ilə onun konsepsiyasını müzakirə etməyə başlayıb.
NATO -nun Madriddə keçiriləcək növbəti sammitində yeni srateji konsepsiya üzərində iş aparılacaq. Aydındır ki, baş verənlərin onun forması ilə bir əlaqəsi olacaq",- deyə nazir bildirib.