İsrail kəşfiyyatı iranlı nüvə alimi Möhsün Fəxrizadəni yüksək texnologiyalı robot pulemyotla öldürüb. 

Unikal.org "The New York Times" qəzetinə istinadən xəbər verir ki, dəqiqə ərzində 600 atış ata bilən cihaz süni intellekt və çoxlu kamera ilə təchiz edilib. Peyk vasitəsilə idarə edilə bilir. 

"Partlayış yalnız cihazı zədələyib və onu məhv etməyib. Bu, qəzetin qeyd etdiyi kimi, Tehranın qətlin uzaqdan idarə olunan silahdan istifadə edildiyinə dair versiyasını təsdiqləməsinə kömək etdi", - deyə məlumatda bildirilib. 

Qeyd edək ki, İran Müdafiə nazirinin müavini, nüvə fiziki Möhsün Fəxrizadə 27 Noyabr 2020-ci ildə Tehran yaxınlığında sui-qəsd nəticəsində öldürülüb.