Bu gün İrəvanda "Çarlz Aznavur" Meydanı yaxınlığında keçirilən etiraz aksiyaları keçirilib.
Unikal.org xəbər verir ki, etirazlar zamanı polislə toqquşma nəticəsində 21 nəfər saxlanılıb.
Bildirilib ki, vətəndaşlar polis əməkdaşının qanuni tələbinə əməl etmədiyi üçün saxlanılıb.
Qeyd edək ki, onlar ikinci Dağlıq Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra 21 sentyabrda keçiriləcək Ermənistanın Müstəqillik Günü konsertini ləğv etmək tələbilə etiraz aksiyaları təşkil ediblər.
Ağarza Elçinoğlu