İspaniyanın Baş naziri Pedro Sançes Palma adasında vulkan püskürməsi səbəbindən ABŞ-a səfərini təxirə salıb.

Unikal.org xəbər verir ki, bu barədə İspaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazir bu gecə Kanar Adalarına gedəcək.

***19:35

Kiçik miqnitudalı zəlzələlərdən sonra İspaniyanın Palma adasında vulkan püskürüb.

Unikal.org "AP"yə istinadən xəbər verir ki, Kanar arxipelağına daxil olan Palma adasında vulkanın püskürməyə başlaması ilə əlaqədar 40 nəfərə qədər ada sakini ev heyvanları ilə birlikdə təhlükəsiz yerə evakuasiya edilib.

Qeyd edək ki, son zamanlar Palma adasında seysmik aktivlik artıb, yüzdən çox zəlzələ qeydə alınıb.