Parisin Paster Universiteti və Laos Milli Universitetinin tədqiqatçıları SARS-CoV-2 koronavirusunun təbii mənşəyinə dair yeni sübutlar açıqlayıblar.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, alimlər bir neçə ay ərzində Cənub-Şərqi Asiyada 46 növ yarasa üzərində müşahidələr aparıblar. Nəticədə Laosun mağaralarında yaşayan heyvanlarda koronavirusun Uhan tipinə bənzər üç virus aşkar edilib.
Mütəxəssislərin fikrinə görə, "BANAL-52", "BANAL-103" və "BANAL-236" virusları bu gün elmə məlum olan SARS-CoV-2-nin mənşəyi sayılır.
Lakin SARS-CoV-2-dən fərqli olaraq müəyyən edilmiş patogenlərin heç birində bədənə asanlıqla daxil olan infeksiyalar qeydə alınmayıb.