Rusiyanın VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər başa çatıb. Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Putinin rəhbərlik etdiyi "Vahid Rusiya Partiyası" liderdir.

Unikal.org xəbər verir ki, bu günlərdə həmçinin ölkədə bələdiyyə seçkiləri keçirilir.

Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallğı 45%-i ötüb.

Paytaxt Moskva sakinlərinin öz səslərini onlayn vermək imkanı da var. Qeyd edilib ki, onlayn səsvermədə iştirak 95 % olub.

"Onlayn seçicilərin sayı 2 014 765 nəfərdir. Seçkilərdə 1 913 304 bülleten verilib. Seçkilərdə iştirak 95 %-dir", - deyə xəbərdə bildirilib.