ABŞ prezidenti vəziyyəti müzakirə etmək üçün Fransa liderinə müraciət edib.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, Avstraliyanın Fransa sualtı qayıqlarını almaqdan imtina etməsinin səbəb olduğu problemlər yaxın günlərdə Fransa prezidenti Emmanuel Makron və amerikalı həmkarı Co Bayden tərəfindən müzakirə ediləcək.
Qeyd edək ki, bunu bazar günü Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal BFM telekanalının efirində danışarkən deyib:
"Prezident Bayden vəziyyəti müzakirə etmək üçün Prezident Makrona müraciət etdi".
Hökumət sözçüsü bildirib ki, danışıqlar yaxın günlərdə baş tutacaq.