"Bazar günü saat 18:07-də bir nəfər polisə zəng vuraraq paytaxt İrəvanda bir zərgərlik mərkəzinin yaxınlığından 3 şübhəli şəxsi yaxaladıqlarını və onların Azərbaycan "casusu" olduğunu bildirib".
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan polisi açıqlama verib.
Bidirilib ki, bir neçə dəqiqə sonra hadisə yerinə gələn polis və patrul əməkdaşları şəxsiyyətlərini müəyyən etmək üçün onları polis məntəqəsinə aparıblar.
Məlum olub ki, onlar İrandan gələn turistlərdir.
Qeyd edilib ki, izahat veriləndən sonra tutulan şəxslər sərbəst buraxılıb.
Bildirək ki, sentyabr ayının 19-da İrəvanın mərkəzi küçələrinin birində şalvarlarında Türk bayrağı olan gənclər ermənilər tərəfindən sərt reaksiyaya məruz qalmışdı. Onlar Türk bayrağının dərhal sökülməsini tələb ediblər. Sonra isə sözügedən şəxslərin "casus" olduğundan qorxuya düşən vətəndaşlar təhlükəsizlik orqanlarına xəbər verib.
Ağarza Elçinoğlu