Gəncədə Vətən müharibəsi şəhidi Bəhruz İsgəndərovun qardaşı Pərviz İsgəndərovun yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Unikal.org xəbər verir ki, bu barədə BAKU.WS-e Pərviz İsgənrovun atası Abbas İsgədərov məlumat verib

"Oğlum özəl xəstəxanalardan birindədir. Əməliyyat edilib və hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Təkrar edirəm oğlum sağdır ölməyib" - deyə A.İsgəndərov bildirib.

17:47

Gəncədə bədbəxt hadisə qeydə alınıb.

Unikal.org xəbər verir ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, P.İsgəndərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən Müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.