Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlov əməliyyat olunub.

Unikal.org xəbər verir ki, 26 yaşlı müdafiəçinin əməliyyatı uğurlu alınıb.

Diz bağlarında qopma müəyyənləşən oyunçu 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Elvin Bədəlov "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyununda zədələnib.