İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının final oyunları keçirilib.
Unikal.org xəbər verir ki, finalda Rusiya və Hindistan şahmatçıları üz-üzə gəliblər. Rəqib komandanı məğlub edən Rusiya şahmatçıları dünya çempionatında birinci yeri tutublar.
Qeyd edək ki, Rusiya komandası ikinci dəfə dünya çempionatının qalibi olub. Belə ki, 2017-ci ildə Xantı-Mansiyskdə keçirilən analoji yarışda da rusiyalı şahmatçılar fəxri kürsünün ən yüksək zirvəsində qərarlaşmışdılar.
Xatırladaq ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi dörddəbir finalda Gürcüstan yığmasına uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.