Kiprdə "Omoniya"ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda başından zədələnmiş "Qarabağ"ın futbolçusu Filip Ozobiçə matçdan dərhal sonra tibbi yardım göstərilib.
Unikal.org xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, final fitindən sonra xorvatiyalı yarımmüdafiəçinin başına 6 tikiş qoyulub.
Qeyd edək ki, "Omoniya" - "Qarabağ" matçı "köhlən atlar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.