Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Nazirliyin "112" qaynar telefon xəttinə Xətai rayonu ərazisində "Lada" markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1952-ci il təvəllüdlü İmanov Xanoğlan Sadıqxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.