"Gürcüstan və Ukrayna NATO-ya daxil olacaq, amma bu, sabah olmayacaq".
Unikal.org xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.
O, qeyd edib ki, bu məsələ yaxın gələcəkdə həll oluna biləcək:
"Düşünürəm ki, Gürcüstan və Ukraynaya üzvlüyün sabah olmayacağı açıqdır, amma onlar da qoşulacaq".
Stoltenberq onu da bildirib ki, ittifaq Kiyev və Tiflisə dəstəyini artırmalı və onlarla əməkdaşlığı gücləndirməlidir.
Ağarza Elçinoğlu