Braziliyanın Rio-de-Janeyro şəhərində azyaşlılara təcavüzdə şübhəli bilinən şəxsin evinə polis basqın edib.
Unikal.org xəbər verir ki, 58 yaşlı kişinin evində baxış keçirən polislər gözlənilməz bir mənzərə ilə qarşılaşıblar. Belə ki, adı açıqlanmayan şəxsin evində nasist dövrünə aid 3 milyon avro dəyərində 1000-dən çox əşya tapılıb.
Ələ keçirilən əşyalar arasında Adolf Hitlerin fotoşəkilləri, nasist geyimləri, bayraqlar, medallar, jurnallar, müxtəlif sənədlər və rəsm əsərləri, eyni zamanda silah və döyüş sursatının olduğu öyrənilib.
Araşdırma aparan polis Luis Armond, “O, ağıllı bir insandır. Ancaq eyni zamanda Yəhudi soyqrımını rədd edir. Kişi bunlarla yanaşı pedofildir",- deyə mıtbuata açıqlama verib.
58 yaşlı kişi barəsində qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.