Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə, bağlı qapı arxasında, köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Şahnəzərov Şakir Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.