Ağdaşda yolu keçmək istəyən piyada qohumu tərəfindən vurulub.
Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Ağdaş şəhərində baş verib. Belə ki, yolu keçmək istəyən 50 yaşlı rayon sakini olan piyada Zibeydə Nəbiyevanı minik maşını vurub. Kəllə-beyin travması alan qadın xəstəxanaya yerləşdirilib.
Məlum olub ki onu avtomobillə vuran yaxın qohumudur və hadisə təsadüf nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
E.Muradlı