İran İslam Respublikası Radio və Televiziya Şurası qadınlarla bağlı yeni qadağaları açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeni qərara əsasən qadınların ekran önündə pizza və sendviç yeməsi yasaqlanıb.
Bununla yanaşı, televiziyada qadınların dəri əlcək geyinməsi və qırmızı rəngli içkilər içməsi də qadağan olunub.
Həmçinin, iş yerlərində kişilərin qadınlara çay verdiyi səhnələrin də yasaqlandığı bildirilib.
Qeyd edilib ki, İran televiziyasında “əxlaqsız mesajlara” ehtiyac yoxdur.