Gürcüstanda son sutkada daha 2 844 nəfər koronavirusa yoluxub, 29 nəfər isə vəfat edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 631 563-ə, ölənlərin sayı isə 9 221-ə yüksəlib.
Qeyd edək ki, ötən 24 saat ərzində 814, ümumilikdə isə 598 468 nəfər müalicə olunaraq sağalıb.