Rusiyanın Orenburq vilayətində saxta alkoqoldan ölənlərin sayı 29-a çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

***11:45

Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 26 nəfərə çatıb.

Unikal.org Xarici KİV-ə istinadən xəbər verir ki, zərər çəkənlərin sayının ümumilikdə 50-dən çox olduğu deyilir.

Qeyd edək ki, həmin spirtli içkilərin hazırlanması ilə bağlı artıq üç nəfər saxlanılıb.