Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qərar imzalayıb.
Unikal.org Xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, Gürcüstanda oktyabrın 11-i matəm günü elan olunub.
Belə ki, Batumi şəhərində binanın çökməsi nəticəsində həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq həmin gün ölkə ərazisində dövlət bayraqları endiriləcək.