Türkiyədə 6 xarici ölkə vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb.
Unikal.org “CNN Türk”ə istinadən xəbər verir ki, əməliyyatlar İstanbul və Antalyada aparılıb. Saxlanılanların milliyəti açıqlanmayıb.
Saxlanılan şəxslərdə Rusiya pasportu və silahlarının aşkar edildiyini bildirib. Bununla belə sənədlərin orijinal və ya saxta olduğunun müəyyən edilmədiyi vurğulanıb.
Bu şəxslərin məxfi məlumat əldə etmək üçün əməliyyat planlaşdırdıqları bildirilib.