Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş əyalətində mina partlayıb.
Unikal.org xəbər verir ki, bu barədə “Shamshanyan.com” məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində Berd rayonunun Çinari kənd sakini, 30 yaşlı Nver Makaryan xəsarət alıb. Ona ilkin yardım göstərilib və yaralı hərbi hospitala yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan ərazilərinə, habelə respublikamızın Ermənistanla sərhəddəki rayonlarına minalar ermənilər tərəfindən basdırılıb.