Abşeron rayonunun Fatmayı kəndində yanğın baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

Hadisə zamanı ümumi sahəsi 130 kvardat metr olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.