Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü haqqında açıqlama yayıb.
Unikal.org xəbər verir ki, bu barədə Erməni mətbuatı məlumat verib.
“Görüşümüz çox məhsuldar keçdi. İkitərəfli gündəmlə bərabər, regiondakı situasiyanı da müzakirə etdik. Əldə olunan razılaşmaların reallaşdırılması üçün əlaqələri davam etdirəcəyik”, - deyə Paşinyan bildirib.