Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasındakı təkadamlıq kameraya köçürülüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Penitensiar Xidməti məlumat yayıb.
Bildirilir ki, bu qərar həbsxana rəhbərliyi tərəfindən Saakaşvilinin istəyini nəzərə alaraq qəbul edilib.
"Saakaşvili öz istəyi ilə təkadamlıq kameraya köçürüldü", - açıqlamada qeyd olunub.
Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin səhhətini izləmək üçün həkim qrupu yaratmağı xahiş edib. Nazirlikdən verilən məlumata görə, qrupun məqsədi Saakaşvilinin sağlamlığını mütəmadi olaraq izləmək və lazım gələrsə müvafiq məsləhətlər vermək olacaq.
Gülayə Mecid