Sosial şəbəkələrdə Gəncədə yüksək tonlu partlayış səslərin eşidilməsi ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı Unikal.org-a Gəncə hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, şəhərdə boş sahədə istifadəyə yararsız tullantıların təhlükəsiz şəkildə partladılaraq məhv edilməsi prosesi keçirilib.
"Bu gün Gəncə şəhəri kənarında yerləşən boş sahədə istifadəyə yararsız olan sursatların utilizasiyası prosesi keçirilib. Məlum porseslə bağlı yaranan partlayış səsləri sakinlərdə narahataçılıq doğurub. Lakin narahatçılığa heç bir əsas yoxdur".
Gülayə Mecid