ABŞ-ın keçmiş prezidenti Donald Tramp yerli mətbuata bəzi açıqlamalar verib.
Unikal.org xəbər verir ki, o, prezident Co Baydenin siyasətini bəyənmədiyini vurğulayıb.
"Onun siyasətini daima izləyirəm. Çox uğursuzdur. Hansını saysaq görərik ki, Bayden ABŞ-ın daxili və xarici siyasətində müsbət addımlar atmayıb".
Tramp bununla yanaşı, Amerika xalqına üzünü tutataraq, "Hələ də mənim üçün darıxmadınız?" - sözlərini deyib.
Bildirək ki, ABŞ-da keçirilən bir sıra sorğularda ABŞ Prezidenti Co Baydenə dəstək azalıb. Sorğunun yayımlandığı sayt Baydeni bəyənənlərin sayının yüzdə 42-dən aşağı düşmək təhlükəsi ilə üzləşdiyini ortaya qoyub.
Gülayə Mecid