Bu gün “Taliban” nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı “Taliban” hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Qahar Balkhi açıqlayıb.
Onun sözlərinə görə, nümayəndə heyəti artıq Ankaradadır. “Taliban” hərəkatının xarici işlər naziri vəzifəsini icra edən Əmir Khan Muttaqinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyi bildirilir.