Abşeron rayonunun Novxanı kəndində istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 kvadrat metr olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kvadrat metr sahədə yanıb.
Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.