Minşəçevirdə intihar hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində mənzillərdən birində qeydə alınıb. Belə ki, 22 yaşlı Tovuz sakini Namin Məmmədov kirayə yaşadığı mənzildə özünü asaraq intihar edib. Bildirilir ki, intihar edən 22 yaşlı gənc Mingəçevirdə işləyib və bu addımı ailə münaqişəsi zəminində atıb.
Meyit aidiyyatı üzrə təhil verilib.
Faktla bağlı araşdırma aparılır.
E. Muradlı