Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı məlumat yayıb.

Dövlət Komitəsindən Unikal.org-a bildirilib ki, dərhal Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlanılıb.

Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə 16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış.

İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib.

Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.

***

08:51

Bakıda yeniyetmə intihar edib.

Unikal.org xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 16 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.