Zaqatalada gecə saat 03 radələrində Sülh küçəsi 11 ünvanında, şəhər sakini Azər Həşim oğlu İsmayılova məxsus “Mercedes” markalı 62 BN 833 dövlət nömrə nişanlı minik avtomobili yanb.

Unikal.org xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb, maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.