ABŞ Rusiya tərəfindən oktyabrın 20-də Moskvada keçiriləcək Əfqanıstanla bağlı toplantıya qatılmayacaq.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib. O, ABŞ-ın görüşə gəlməməsinin səbəbini logistika problemlərini əsas gətirib.
"Gələcəkdə bu forumda iştirak etməyi səbirsizliklə gözləyirik. Lakin bu həftə iştirak edə bilməyəcək", - deyə sözçü bildirib.
Bununla yanaşı sözçü, Rusiyanın rəhbərlik etdiyi görüşün "konstruktiv" olacağını ifadə edib.
Qeyd edək ki, Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Əfqanıstan mövzusunda oktyabrın 20-də Moskvada bir toplantı keçirəcəklərini açıqlayıb. O, "Əfqanıstanda dəyişən vəziyyətə dair ümumi bir mövqe ortaya qoymağı" hədəflədiklərini bildirib.
Toplantıya "Taliban", Çin və Pakistanın da qatılacağı gözlənilir.
Gülayə Mecid