Tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə özü məlumat verib.

Dünən saxlanılan İ.İbrahimoğlu şahid qismində dindirildikdən sonra gecə saatlarında sərbəst buraxılıb. O bildirib ki, xüsusi xidmət orqanında onunla çox peşəkar davranıblar və araşdırılan mövzu ilə bağlı sualları cavablandırıb.

***

08:51

İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun saxlanıldığı bildirilir.

Unikal.org xəbər verir ki ki, bu barədə Turan Agentliyi məlumat yayıb.

Oktyabrın 19-da İ.İbrahimoğlu öz Facebook səhifəsindən canlı efirə çıxaraq, hüquq mühafizə orqanları nümayəndələrinin onun evinə gəldiyini və özünün evdə olmadığını bildirib: "Mən indi evimə gedirəm, hüquq müdafiəçilərindən, vəkillərdən xahiş edirəm, oraya gəlsinlər".

Qeyd edək ki, həmçinin Bakıda Maide.az saytının baş redaktoru Təmkin Cəfərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılma səbəbləri barədə hələ ki məlumat verilməyib.