Vəkil Rövşanə Rəhimli İsmayıllıda bir qadının uzun müddətdir qaynı tərəfindən doyüldüyü və ölümlə hədələndiyi ilə bağlı məlumat paylaşıb. O qeyd edib ki, məsələ ilə bağlı Polis Şöbəsinə müraciət olunub.
Unikal.org xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, bu gün 15:40 radələrində DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən İsmayıllı rayon sakini X.M. qohumu İ.Mahmudov tərəfindən döyüldüyünü bildirib:
“Daxil olmuş müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının ərizəsi alınıb.
Məsələ ilə əlaqədar hazırda İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır və X.M.-nin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin olunub .
Araşdırmanın və təyin edilən ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.