Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, hadisə ötən gün saat 18:00 radələrində Sabunçu rayonu, B.Bünyatov küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü İsayev Qabil Oruc oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 1973-cü il təvəllüdlü piyada Əliyeva Afət Firudin qızını vurub. Piyada aldığı zərbə nəticəsində yolun əks istiqamətinə düşüb və həmin istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Quliyev Samir Sabir oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobilə dəyib.

Hadisə zamanı ölən şəxs yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməyə cəhd edib. Faktla bağlı araşdırma aparılır.