Göygöl rayonunda uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) yerləşdiyi ümumi sahəsi 400 m² olan birmərtəbəli binanın yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.