Ağdaşda idarəetmədən çıxan avtomobil aşıb, bir ailənin iki üzvü yaralanıb.

Unikal.org-un məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Ağdaş rayonu ərazisindən keçən hissəsində Şirvangöl istirahət mərkəzinin yaxınlığında baş verib. İdarəetmədən çıxan "Mercedes" markalı minik maşını yol kənarına aşıb.

Hadisə nəticəsində Sumqayıt sakini olan ana və oğul müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar  1998-ci il təvəllüdlü  Asiman Yusif oğlu Məmmədov və anası 1976-ci il təvəllüdlü Almaz Museyikazım qızı Məmmədova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

E. Muradlı