Bakıda pişiklər işgəncə verilərək öldürülür. 

Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a Binəqədi rayon sakinləri məlumat verib. 

Bildirilib ki, rayonun Mikayıl Ələsgərov küçəsində hər gün ölü pişiklər tapılır:

“Biz hər gün ərazidən iki-üç pişik meyiti tapırıq. Onları işgəncə verərək öldürürlər. Pişiklər pəncələri bağlı şəkildə tapılır”.

Onlar qeyd edib ki, polisə müraciət edilsə də, hələ tədbir görülməyib.