Bu gün saat 14:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Unikal.org-a verilən məlumata görə, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropiliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
***
15:25
Bakı metrosunda qatarların hərəkəti bütün 2-ci xətt adlandırdığımız (Həzi Aslanov- 28 May) istiqamətdə müəyyən məhdudiyyətlər yarandığı üçün həmin sahə boyunca qatarların hərəkətinin tənzimləməsinə təsir göstərib.
Bu barədə Unikal.org-a Bakı Metropolitenindən məlumat verilib.
Hazırda "Bakı Metropoliteni" problemin aradan qaldırılması üçün işləyir. Burda da, başlıca prinsip sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.
"Metropolitenin yaşıl və Qırmızı xətləri boyunca əsas istiqamətlər üzrə hərəkət intervalı mövcud qrafikə uyğun olaraq təmin edilib. Yeganə istisna "Cəfər Cabbarlı- Xətai" stansiyalarıdır", - qurumdan bildirilib.
Bildirilib ki, metroya bomba qoyulması barədə yayılan məlumatlar tamami ilə yanlışdır: "Məsələ araşdırılır".
***
14:47
"28 May" stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb və bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.
Unikal.org xəbər verir ki, bu barədə Bakı Metropoliteninin yaydığı məlumatda bildirilir.