Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində qadın özünü avtomobil yoluna ataraq intihara cəhd edib.
Unikal.org Baku.Tv-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qadın ictimai asayişi pozduğuna görə ona xırda xuliqanlıq maddəsi ilə protokol tərtib ediləcək.
Qeyd olunub ki, hadisə zamanı qadın sərxoş olub.