Sumqayıt şəhəri ərazisində 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.
Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.