Cəlilabad rayonunda həyətdə toy edən şəxsin karantin qaydalarını pozduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayonunun Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkar edilib.
Karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı S.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.