İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın yeni növ koronavirus infeksiyası ilə bağlı verdiyi analiz nümunələri müsbət çıxıb.

Unikal.org “Mehr” agentiyinə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, nazir noyabrın 1-də COVID-19-la bağlı test verib. Testin nəticəsi müsbət olduğu üçün XİN başçısı karantın rejiminə keçib.