Ələt qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb.
Belə ki, "FORD TRANZİT" markalı mikroavtobus hərəkətdə olan "HOVO" markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçalanın Şorkənd kənd sakinləri, 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Bir nəfər yaralı isə Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparırır.