Goranboyda xəsarətlə  nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Unikal.org xəbər  verir ki, qəza Yuxarı Ağcakənd qəsəbəsi yaxınlığında qeydə alınıb. Belə ki,  “VAZ 2107” markalı avtomobili idarə edən sürücü onu “KamAZ” markalı yük maşınına çırpıb.

Nəticədə minik maşınının sürücüsü, 1989-cu il təvəllüdlü Kərimov Alqayıt Yusif oğlu yaralanıb.  O ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.